Oktyabrın 1-i və fevralın 10-da Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirovun Azərbaycanda yay vaxtı barəsində iki press-konfransı keçirildi. Tədbirlərdən videoları təqdim edirik.
1 oktyabr press-konfransı
10 fevral press-konfransı
Oktyabrın 1-i və fevralın 10-da Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirovun Azərbaycanda yay vaxtı barəsində iki press-konfransı keçirildi. Tədbirlərdən videoları təqdim edirik.
1 oktyabr press-konfransı
10 fevral press-konfransı
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının tövsiyələrinə əsasən, Avropa ölkələri ilə eyni müddətdə yay vaxtına keçilməsi üçün, eləcə də günün işıqlı vaxtının uzanması ilə əlaqədar enerji ehtiyatlarına qənaət edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli 21 saylı qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Yay vaxtı dedikdə, ümumi qəbul edilmiş saat qurşağına münasibətdə bir saat irəli çəkilmiş vaxt nəzərdə tutulur. Yay vaxtına keçilməsi mart ayının sonuncu bazar günü həyata keçirilir (2009-cu ildə 29 mart, 2010-cu ildə 28 martda). Qış dövründə isə saat yenidən geri çəkilərək “qış vaxtı”na keçilir (bu termin rəsmi deyil). “Qış vaxtı”na keçilməsi oktyabr ayının sonuncu bazar günü həyata keçirilir (2009-cu il tarixdə 25 oktyabrda, 2010-cu il tarixdə isə 31 oktyabrda).
1981-ci ildən dünyanın 76 ölkəsində, o cümlədən Rusiyada yay vaxtından istifadə edilir, hər il saatlar irəli çəkilir. Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Onların sırasına Yaponiya, İran, Virciniya adaları, Sinqapur, Çin, Estoniya və eləcə də, keçmiş SSRİ dövlətləri – Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan bir sıra digər ölkələr daxildir [1]. Həmin ölkələr saat əqrəblərinin irəli-geri çəkilməsinin insan səhhətinə olduqca ziyanlı təsirini görərək yay vaxtına keçilməsindən imtina ediblər. Afrika ölkələri arasında yalnız Namibiyada yay vaxtına keçilməsi tətbiq edilir. Qalan ölkələr isə öncə yay vaxtını tətbiq etsə də sonradan onun insana zərərli təsirini görərək imtina etmişdir. Bugünkü dövrdə Rusiyada yay vaxtına keçilməsinin ləğv edilməsi barədə Dövlət Dumasında müzakirələr gedir [2].
Bir çox elmi tədqiqat yay vaxtina keçidin insan sağlamliğına mənfi təsir etdiyini nümayiş etdirir. Bununla əlaqədar daha ətraflı məlumat üçün “Məlumat” səhifəsinə müraciət edə bilərsiniz. Amma Azərbaycanda belə tədqiqatlar haqda nə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən nə də Dövlət Statistika Komitəsindən heç bir məlumat ala bilmədik. Buna görə də Uşaq Hüquqlarını Müdafiə Liqası bu keçidi əsassız hesab edir və Azərbaycan hökümətini onu ləğv etməyə çağırır.
Bizim təşkilatımız bununla barədə artıq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət ərizəsi ünvanlayib. Bu ərizə, habelə bizim Səhiyyə Nazirliyinə və Statistika Komitəsinə sorğularımız və başqa sənədlər ilə “Sənədlər” səhifəsində tanış ola bilərsiniz.
Qeyd edək ki, 1996-cı ildə məhz bizim cəmiyyətimizin təşəbbüsü ilə respublikada yanlış vaxt dəyişikliyi ləğv olunmuşdur. Belə ki, 1995-ci ilin mart ayında respublikada yay vaxtına keçid baş tutdu, əqrəblər irəli çəkildi. Həmin ilin oktyabrında qış vaxtına keçildi, əqrəblər bir saat geri çəkildi. Noyabrda isə əqrəblər yenə bir saat geri çəkildi. Yalnız növbəti ilin yanvarın 15-də bu “əlavə qış vaxtı” ləğv olundu. Bununla əlaqədar sənədlər də “Sənədlər” səhifəsində yerləşdirilmişdir.
Bu səhifədə Azərbaycanda yay vaxtına keçidinin ləğvi aksiyası haqda bütün yeniliklər mütəmadi olaraq yayımlanacaq.
Mənbələr:
[1] http://www.timeanddate.com/time/dst2008.html
[2] http://eco.rian.ru/business/20100210/208509137.html